Axşam saatlarında Goranboydan ACI XƏBƏR gəldi: Ölən və yaralananlar var
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Belə ki, zamanı “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.
Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
![](https://qafqazinfo.az/uploads/1739117495/63638001-dec7-4bcc-89bc-6933169e3816.jpg)