Almaniyadakı qeyri-qanuni miqrantların əksəriyyəti - təxminən 40%-i Suriya və Ukraynadan gəlib,
Publika.az xəbər verir ki, bu barədə RND portalı məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni sərhəd keçidlərinin 20,6%-ni suriyalılar, 20%-dən bir qədər azını isə ukraynalılar təşkil edir. Əfqanıstan və Türkiyədən də əhəmiyyətli miqrant axını olduğu bildirilir.
Ukraynadakı hərbi əməliyyatlar fonunda bu ölkənin sakinlərinə müvafiq ərizə təqdim etmədən də Aİ ölkələrindən sığınacaq almaq hüququ verilir, lakin Avropa ölkələrində yaşayış yerini daha sonra dəyişmək üçün onlara uzunmüddətli viza lazımdır.