Qeyd olunur ki, bütün adada elektrik enerjisi kəsilib. Energetika naziri Kumar Cayakodi artıq təqsirkarın adını açıqlayıb. Onun sözlərinə görə, fövqəladə vəziyyətin səbəbkarı meymun olub.
Bildirilir ki, o, elektrik transformatoruna daxil olub, nəticədə sistemdə disbalans yaranıb.
Energetiklər bir neçə saat ərzində elektrik enerjisini bərpa etməyi planlaşdırırlar. Hazırda ölkədəki tibb və sənaye müəssisələrində generatorlardan istifadə edilir.
KONKRET.az