AZ

"Qalatasaray"la oyunda rəqib komanda meydandan çıxdı - GÖZLƏNİLMƏZ OLAY

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.

İstanbul təmsilçisi hesabda 1:0 öndə olarkən, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.

Beləliklə, matç TFF tərəfindən təxirə salınıb.

Qeyd edək ki, "Adana Dəmirspor" komandası müəmmalı penalti epizoduna etiraz olaraq belə bir qərar alıb.

Seçilən
60
6
turkustan.az

10Mənbələr