AZ

"Araz-Naxçıvan"ın kapitanı: "Zirə"yə qarşı cavab oyunu daha çətin olacaq"

"Matç düşündüyümüz kimi də keçdi".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı keçirilmiş ilk görüşünü şərh edərkən deyib.

Bölgə klubunun müdafiəçisi komandasının 1:0 hesablı qələbəsi haqda danışarkən bildirib ki, "Zirə"nin gücünə bələddilər: "Onların "Qarabağ"la oyununa da baxmışdıq. Həqiqətən yaxşı oynamışdılar və qalib gəlmişdilər. Bizim üçün də çətin olacağını bilirdik. Matç düşündüyümüz kimi də keçdi. Lakin, qalib gəlməyi bacardıq".

Naxçıvan təmsilçisinin aparıcı futbolçusu cavab görüşünün də çətin olacağını vurğulayıb: "Bu mərhələ bir oyundan ibarət deyil. Bilirik ki, cavab oyunu daha çətin olacaq. Səfər matçına çıxacağıq. Ab-hava bir az başqa cür olacaq. Ola bilsin ki, "Zirə" hücumda daha fəallıq göstərəcək. Amma hələ ki, həmin oyuna qədər vaxt var. Cavab görüşünə qədər analiz edəcəyik. Məşqlərdə də çalışacağıq ki, yaxşı hazırlaşaq. Baş məşqçimizin dediyi kimi, hər iki cəbəhdə vuruşacağıq".

Seçilən
27
1
idman.biz

2Mənbələr