AZ

Cəlilabadda körpü qəzalı VƏZİYYƏTDƏ: Avtomobillərə ziyan DƏYDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son günlər leysan yağışların yağması Cəlilabad rayonunda da fəsadsız ötüşməyib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, rayonun Vənlik kəndində çaya gələn sel yararsız vəziyyətə salıb.
Bununla da Vənlik kəndi ilə yanaşı, daha iki kəndin rayon mərkəzinə çıxışında çətinliklər yaranıb.
Sakinlərin bildirdiyinə görə, körpü müvəqqəti bərpa olunsa da, qəzalı vəziyyətə düşüb. Hazırda avtomobillərin hərəkəti bərpa edilib, lkin körpünün yenidən inşasına ehtiyac var.
Məsələ ilə bağlı məsul qurumdan bildiriblər ki, son güclü yağışdan sonra Vənlik kənd körpüsü qəzalı vəziyyətə düşdüyü üçün yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərədə tutulub.
Ətraflı süjetdə:
Seçilən
66
7
oxu.az

10Mənbələr