AZ

BMT: Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib

"Əgər atəşkəs pozularsa, aclıq tezliklə geri qayıdacaq"

İsrail və HƏMAS arasında əldə olunan atəşkəs Qəzza zolağında aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin bölgədə humanitar vəziyyət mürəkkəb olaraq qalır.

Operativ Media xəbər verir ki, bunu BMT-nin fövqəladə yardım koordinatoru və Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.

"Düşünürəm ki, aclıq təhlükəsi böyük ölçüdə aradan qaldırılıb. Atəşkəsdən əvvəlki dövrlə müqayisədə qida çatışmazlığı daha aşağıdır", – deyə o qeyd edib.

Bununla belə, Fletçer vurğulayıb ki, Qəzzadakı vəziyyət hələ də acınacaqlıdır və bölgə sakinləri ciddi humanitar böhranla üzləşirlər. "Əgər atəşkəs pozularsa, aclıq tezliklə geri qayıdacaq", – o əlavə edib.

BMT rəsmisi İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb və Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı olduğunu bildirib. O, həmçinin anklavda yoluxucu xəstəliklərin yayılma riskinin artdığını qeyd edib.

Qeyd edək ki, razılaşmaya əsasən, İsrail gündə 600 humanitar yardım yüklü maşının Qəzzaya daxil olmasına icazə verib. BMT-nin hesablamalarına görə, atəşkəsin qüvvəyə minməsindən bu günə qədər anklava 12 min yük maşını göndərilib.

Seçilən
127
17
operativmedia.az

10Mənbələr