AZ

Marketdən alınan çörəkdən siqaret kötüyü çıxdı -

Vətəndaşın marketdən aldığı çörəyin içərisindən siqaret kötüyü çıxıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, o, "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə içindən siqaret kötüyü çıxıb. Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qida eksperti Asim Vəliyev bildirir ki, bu hal fiziki qida çirklənməsidir.

Onun sözlərinə görə, bu cür hallar müəssisədə nəzarətin aşağı səviyyədə olması səbəbindən baş verir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qeyd olunan məsələ agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Qurumun mütəxəssisləri faktla bağlı müvafiq araşdırmalara başlayıblar.



Seçilən
29
metbuat.az

1Mənbələr