AZ

Nesta qovulduqdan bir ay yarım sonra "Montsa"nın başına keçəcək

"Montsa" klubu Alessandro Nestanı baş məşqçi postuna qaytarmaq qərarına gəlib. 

90deqiqe.Az xəbər verir ki, A Seriya təmsilçisi artıq Nestanı geri qaytarmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

48 yaşlı mütəxəssis dekabrın sonunda zəif nəticələrə görə istefaya göndərilib. Məşhur keçmiş müdafiəçinin yerini indi qovulmaq təhlükəsi ilə üzləşən Salvatore Boçetti tutub.

"Montsa" A Seriyasında 24 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Latsio” ilə son oyunda komanda sarsıdıcı məğlubiyyətlə üzləşin (1:5), bu, Salvatore Boçettiyə baha başa gələcək.

Seçilən
62
90deqiqe.az

1Mənbələr