Bakı, TurkicWorld
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin tay-brek qarşılaşmaları keçirilib.
TurkicWorld xəbər verir ki, kişilərin yarışında sürətli şahmatda qalib gələn Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala vəsiqə qazanıblar. Rəcəbov Vüqar Əsədlini, Məmmədov isə Əhməd Əhmədzadəni məğlub edib. Yarımfinalda Rəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla qarşılaşacaq.
Qadınların mübarizəsində 1/4 finalın tay-brek oyunlarında Gövhər Beydullayeva Türkan Məmmədyarovanı məğlub edərək yarımfinala yüksəlib. Günay Məmmədzadə Səbinə İbrahimova üzərində qələbə qazanıb, Gülnar Məmmədova isə Xanım Balacayevanı mübarizədən kənarlaşdırıb.
Yarımfinalda Ülviyyə Fətəliyeva Beydullayeva ilə, Məmmədzadə isə Məmmədova ilə qarşılaşacaq.