Bu gün qadınlardan ibarət basketbol milli komandamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsində son görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz Polşa ilə qarşılaşıb. Matç “Sərhədçi” İdman Mərkəzində baş tutub. Qonaq komanda 88:34 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz buna qədər keçirdiyi görüşlərdə məğlub olmuşdu.