AZ

Kriştiano Ronaldo "Əl-Nəsr"lə müqaviləsini 2026-cı ilə qədər uzadıb

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 40 yaşlı futbolçunun klubla yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulduğunu və Ronaldonun müqaviləsinin rəsmi uzadılması yaxın vaxtlarda açıqlanacağını qeyd edib.

Ronaldo hazırda karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub. Bu mövsüm hücumçu bütün turnirlərdə 25 matçda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Seçilən
64
8
90deqiqe.az

10Mənbələr