AZ

Zamiq Əliyev “Elbasani”yə qarşı bir hissə oynadı, 3 xala sevindi

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 24-cü turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Əliyev fasilədən dərhal sonra, matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

“Eqnatiya” 24 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. Sözügedən komanda 24 oyunda 13 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 24 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 1 oyun keçirib.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
52
2
arena.az

10Mənbələr