Ajans.az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir.
Hətta bəzi şəxslər illərdir həmin ərazidə yolun bu cür olduğunu deyirlər.
Sürücülər bildiriblər ki, həmin hissə bir-iki dəfə təmir edilsə də, yenə mənzərə ciddi şəkildə dəyişməyib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən problemdən xəbərdardırlar. Aidiyəti üzrə məlumat verilib və yaxın günlərdə yolun çökən hissəsi təmir ediləcək.
Ətraflı süjetdə: