AZ

Zelenski dəqiqələr öncə bu məlumatı paylaşdı: görün nəyə sevinir…

Baltikyanı ölkələr Rusiya enerji sistemindən ayrıldı – Avropanın müstəqilliyi güclənir

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Baltikyanı ölkələrin – Litva, Latviya və Estoniyanın – Rusiya enerji sistemindən tamamilə ayrıldığını elan edib. O, bu barədə rəsmi Telegram səhifəsində paylaşım edərək, bu addımın həm region, həm də bütövlükdə Avropa üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Bununla da Baltikyanı ölkələrin enerji sistemləri Avropa qitəsinin enerji şəbəkəsi ilə tam sinxronlaşdırılıb. Ukrayna 2022-ci ildə bu addımı atmışdı və indi Baltikyanı dövlətlər də Rusiya asılılığından qurtulublar.

Zelenski vurğulayıb ki, Moskva artıq Baltikyanı ölkələrə qarşı enerjidən bir silah kimi istifadə edə bilməyəcək və bu, Avropanın daha da birləşdiyini göstərir. O, xüsusilə Mərkəzi Avropa ölkələrinin də Rusiyadan enerji asılılığını azaltmalı olduğunu bildirib və Avropanın ABŞ ilə – LNG qazı, neft və digər enerji mənbələri sahəsində daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Həmçinin, Avropa İttifaqının qonşu bölgələr – Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika – ilə enerji təchizatı sahəsində əlaqələrini genişləndirməli olduğunu vurğulayıb.

Prezident Zelenski Baltikyanı ölkələri bu mühüm nailiyyətə görə təbrik edib və Polşanın bu prosesdəki rolunu yüksək qiymətləndirib. O, Polşanın bu uğura verdiyi dəstəyin, Avropanın birlikdə hərəkət etdikdə hər bir ölkənin müstəqilliyinin daha da möhkəmləndiyini sübut etdiyini bildirib.

Seçilən
11
editor.az

1Mənbələr