AZ

Meymun Şri-Lankanın işıqsız qalmasına səbəb olub


Şri-Lankada meymun elektrik stansiyasına daxil olaraq təsadüfən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə səbəb olub.Bu barədə "The Economic Times” yazıb.

Energetika naziri Kumar Cayakodinin sözlərinə görə, heyvan Kolombonun ətrafında şəbəkə transformatoruna ziyan vurub. Bunun nəticəsində Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da kəsilib.

"Meymun şəbəkə transformatorumuza ilişib və bu, sistemdə fasilələrə səbəb olub. Hadisə Kolombonun cənubundakı ətraf ərazidə baş verib. İşlər aparılır, bəzi ərazilərdə elektrik təchizatı bərpa edilib”, – nazir vurğulayıb.
www.anews.az
Seçilən
54
12
anews.az

10Mənbələr