AZ

Ürəyindən əməliyyat olunan MHP sədri: "Allaha şükür, sürətlə sağalıram"

Bir neçə gün əvvəl ürəyindən əməliyyat olunan MHP sədri Dövlət Baxçalı səhhəti ilə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, MHP-nin yaranmasının 56-cı ildönümü ilə bağlı bəyanatında söz açıb.

Baxçalı əməliyyatının uğurla keçdiyini bildirib: "Bildiyiniz kimi, hər kəsin başına gələ biləcək bir xəstəlik dövründən keçdim və müalicə prosesimin sonuna gəldim. Allaha şükürlər olsun ki, sürətli bir sağalma prosesindəyəm. Allaha şəfa verdiyi üçün şükür edirəm".

Firudin Səfərli

MİA.AZ

Seçilən
32
mia.az

1Mənbələr