Bakı. Trend:
Pakistan ordusu, ölkənin şimal-qərbində yerləşənHayber-Paxtunxva əyalətində iki əməliyyat keçirərək 7 terrorçunuöldürüb.
Trend-in xariciKİV-ə istinadən verdiyi xəbərə görə, əməliyyatlar Xidmətlərarasıİctimai Əlaqələr (ISPR) tərəfindən açıqlanıb.
Əməliyyatlar ötən gün səhər saatlarından başlayaraq iki günərzində həyata keçirilib. Dera İsmayıl Xandakı əməliyyatda, biriəsas radikal olmaqla 3 yaraqlı öldürülüb, daha 2-si isəyaralanıb.
Şimali Vəziristan Agentliyində başqa bir əməliyyatda isətəhlükəsizlik qüvvələri atışmada 4 yaraqlını öldürüb, 3 nəfəri isəyaralayıb. Təhlükəsizlik qüvvələri əlavə axtarış və təmizləməəməliyyatları aparır və qalan yaraqlıların məhv edilməsinə yönələnfəaliyyətlərini davam etdirir.