“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo azarkeşi klubun avtobusuna minməyə dəvət edib.
Publika.az xəbər verir ki, videoda klubun azarkeşi avtobusun yanında qaçarkən Mourinyo sürücüdən onu içəri buraxmaq üçün dayanmasını istəyir.
İçəridə portuqaliyalı mütəxəssislə söhbət edən azarkeş onunla xatirə şəkli çəkdirib, həmçinin klubun futbolçuları ilə görüşüb.