AZ

Liqa 1: “Olimpik”lərin biri evdə, digəri səfərdə sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Oser” – “Tuluza” matçında qalib müəyyənləşməyib. Lion “Olimpik”i “Reyms”i, “Strasburq” isə “Monpelye”ni məğlub yola salıb.

Səfərdə “Anje” ilə qarşılaşan Marsel “Olimpik”i də turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, geridə qalmış 21 turdan sonra 53 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 43 xalla ikinci pillədə qərarlaşıb. “Nitsa” və “Monako”nun 37, “Lill”in 35, Lion “Olimpik”i ilə “Lans”ın 33, “Brest”in 31, “Strasburq”un 30, “Tuluza”nın 27, “Oser”in 24, “Renn” və “Anje”nin 23 xalı var.

Fransa, Liqa 1
21-ci tur
7 fevral

Nant – Brest 0:2
Qollar: Ayorke, 9. Melu, 90+6.

PSJ – Monako 4:1
Qollar: Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17.

8 fevral

Nitsa – Lans 2:0
Qollar: Laborde, 10-pen. Klauss, 64.

Lill – Havr 1:2
Qollar: Akpom, 90+7 – A.Hassan, 38. Sumare, 56.

Sent Etyen – Renn 0:2
Qollar: Kalimuendo, 15. Naqida, 85.

9 fevral

Olimpik (Lion) – Reyms 4:0
Qollar: Talyafiko, 36. Tolisso, 68. Şerki, 79. Mikautadze, 90+3.

Oser – Tuluza 2:2
Qollar: J.Junior, 62. Traore, 73 – Kressuel, 68. Edjuma, 89.

Strasburq – Monpelye 2:0
Qollar: Emeqa, 45+2. Nanasi, 69.

Anje – Olimpik (Marsel) 0:2
Qollar: Rabyo, 69. Maupay, 74.

Seçilən
73
arena.az

1Mənbələr