AZ

Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir

Ekvadorun hazırkı prezidenti Daniel Noboa dövlət başçısı seçkilərində liderlik edir və birinci turda qalib gələ bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Teleamazonas” telekanalının dərc etdiyi ekzit-pol nəticələrindən məlum olub.

Bu məlumatlara görə, Noboa seçicilərin 50,12 %-nin, əsas rəqibi Luisa Qonsales isə 42,21 %-nin dəstəyini qazanıb. Qələbə üçün namizəd mütləq səs çoxluğunu və ya ən azı 40 % səs toplamalıdır, lakin bu halda ən yaxın rəqibindən ən azı 10 faiz çox səs almalıdır.

Noboa 2023-cü ilin oktyabrında keçirilən növbədənkənar prezident seçkilərində seçilmişdi. Onun hakimiyyətə gəlişi təhlükəsizlik sahəsində böhranın kəskinləşməsi ilə üst-üstə düşüb. 2024-cü ilin yanvarında dövlət başçısı ölkədə daxili silahlı münaqişənin mövcudluğunu tanıyan fərman imzalayıb və 22 cinayətkar qruplaşmanın zərərsizləşdirilməsi barədə sərəncam verib. Yenidən seçiləcəyi təqdirdə o, təhlükəsizlik sahəsində siyasətini, o cümlədən xüsusilə təhlükəli cinayətkarlar üçün meqahəbsxanaların tikintisini davam etdirəcəyini vəd edir.

Seçilən
42
1
report.az

2Mənbələr