Portuqaliya milli komandasının futbolçusu Kristianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira X sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni anlaşma 2026-cı ilin yayınadək qüvvədə olacaq. Rəsmi açıqlama isə tezliklə veriləcək.
Təcrübəli forvard "Əl-Nəsr"də 2023-cü ilin yanvarından çıxış edir.