AZ

Rusiyanın ən yaşlı məhbusu öldü

84 yaşlı Aleksandr Aniskinin meyiti Altay diyarındakı cəzaçəkmə müəssisəsində tapılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb.

Məlumata görə, həkimlər Aniskinə qapalı kəllə-beyin zədəsi, beyin əzilməsi və ağır hematoma diaqnozu qoyublar. Versiyalardan birinə görə, 84 yaşlı məhbus koloniyadakı digər məhbusların hücumunun qurbanı olub.

Aleksandr Aniskin dostu ilə qızğın mübahisə etdikdən sonra onu yaşayış binasının dəhlizində bıçaqladığı üçün 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2019-cu ilin iyulunda Biysk şəhərində baş verib.

Seçilən
6
2
hakimiyyet.az

3Mənbələr