Finss.az - Alibaba nümayəndəsi, Çin internet nəhənginin DeepSeek-ə investisiya qoymaq niyyətində olduğu barədə xəbərləri təkzib edib.
Bu barədə Reuters, Çin xəbər nəşri The Paper-ə istinadən məlumat yayıb.
Məlumata görə, The Paper Alibaba-nın vitse-prezidenti Yan Çyaonun WeChat şəxsi lentində paylaşdığı açıqlamanı sitat gətirib.
"Hangzhou şirkəti olaraq biz DeepSeek-i dəstəkləyirik, lakin Alibaba-nın DeepSeek-ə investisiya qoyması ilə bağlı xəbərlər yalandır", – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Çin mediası Alibaba-nın DeepSeek-ə 1 milyard dollar investisiya qoymaq planları ilə bağlı məlumatlar yayıldığını bildirmişdi.