AZ

Özbəkistanın beynəlxalq ehtiyatları yanvarda əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Özbəkistanın beynəlxalq ehtiyatları, xüsusilə qızıl ehtiyatları,yanvar ayında nəzərəçarpacaq dərəcədə yüksəlib.

Trend-inməlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

2025-ci il fevralın 1-nə olan məlumata əsasən, Özbəkistanınümumi beynəlxalq ehtiyatları 42,91 milyard dollara çatıb ki, bu daəvvəlki ayla müqayisədə 1,72 milyard dollar (4,17%) artımdeməkdir.

Əsas artım qızılın qiymətinin bahalaşması hesabına baş verib.Belə ki, qızıl ehtiyatlarının ümumi dəyəri 3,02 milyard dollarartaraq 35,06 milyard dollara yüksəlib. Bununla yanaşı, fizikiqızıl ehtiyatlarının həcmi də 12,3 milyon troya unsiyadan (382,57ton) 12,6 milyon troya unsiyaya (391,9 ton) qədər artıb.

Eyni zamanda ölkənin valyuta ehtiyatları 1,29 milyard dollarazalaraq 7,3 milyard dollara düşüb. Bu məbləğin 442,3 milyondolları digər ölkələrin mərkəzi banklarında və Beynəlxalq ValyutaFondundakı hesablarda, 6,75 milyard dolları isə xarici kommersiyabanklarında saxlanılır.

Bundan əlavə, Mərkəzi Bankın aldığı xarici istiqrazların dəyəricüzi artaraq 102,1 milyon dollar təşkil edib.

Seçilən
13
az.trend.az

1Mənbələr