AZ

Heç vaxt üzünü göstərmədiyi qızının fotolarını paylaşdı

Dünya şöhrətli supermodel Cici Hadid ictimaiyyətdən uzaq tutduğu və üzünü heç zaman göstərmədiyi qızı Hainin yeni fotolarını yayımlayıb. 

OLAY yazır ki, 29 yaşlı podium ulduzu bununla bağlı instaqram səhifəsində paylaşım edib.

Şəkillərdə övladının atlarla ünsiyyətdə olduğu, anası ilə şəhərdə gəzdiyi və kəpənəkləri öyrəndiyi əks olunub. 

Cici heç vaxt körpənin üzünü göstərməyib - o, qızını həddindən artıq ictimai diqqətdən gizlətməyə üstünlük verir.

Model bacısı Bella və qardaşı Ənvər Hədidin də fotosunu əlavə edib.

Xatırladaq ki, Hai Cicinin 32 yaşlı dünya pop ulduzu Zeyn Malikdən dünyaya gələn qız övladıdır. Məşhurlar ayrılsalar da, ortaq övladları naminə yaxşı münasibət saxlamağa çalışırlar. Malik qızının böyüdülməsində iştirak etməyə davam edir, onunla və Cici ilə tətil keçirir.

2021-ci ildə müğənni ilə modelin anası Yolanda arasındakı münaqişə səbəbindən Zayn və Cicinin münasibətləri pozulub. Hadid hazırda 50 yaşlı Hollivud aktyoru Bredli Kuperlə görüşür, onun da rusiyalı supermodel İrina Şeykdən bir qızı var.

Seçilən
21
olay.az

1Mənbələr