AZ

Klublarımız dünya reytinqində gerilədi

Klubların yeni dünya reytinqi müəyyənləşib.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 504 komandanın yer aldığı ümumi siyahını açıqlayıb.

Azərbaycanın 4 klubu – “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan Tovuz” da reytinqdə yer alıblar. Ötən ayla müqayisədə 6 pillə geriləyən “Qarabağ” 166,25 xalla 87-ci pilləyə düşüb.

Aktivində 103,25 xal olan “Zirə” 208-ci yerdəki mövqeyini qoruyub. Əvəzində “Sabah” 14, “Turan Tovuz” isə 5 addım geriləyib. Bakılılar 61 xalla 414-cü, bölgə təmsilçisi isə 53,75 xalla 499-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın “Real” klubu başçılıq edir. Madridlilər 481 xala malikdir.

Seçilən
32
msport.az

1Mənbələr