AZ

Rusiyanın bu bölgələrinə hücum oldu: Ötən gecə nə baş verib?

Ötən gecə Rusiya Federasiyası ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 15 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Onların yarısı Krasnodar vilayətində vurulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 15 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - deyə məlumatda qeyd olunur.

Krasnodar vilayəti üzərində düşmənin 7 PUA-sı məhv edilib. Yaşayış binasına ziyan vurulduğu bildirilir. Üç pilotsuz təyyarə Bryansk vilayətinin ərazisinə zərbə endirməyə cəhd edib. Dağıntı qeydə alınmayıb. Rostov vilayətində iki, Belqorod, Kursk və Krım üzərində isə bir təyyarə vurulub.

Seçilən
10
publika.az

1Mənbələr