Misli Premyer Liqasında XXII tur davam edir.
İdman.biz xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda baş tutacaq.
Mükafatlara iddialı “Araz-Naxçıvan” Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz”i qəbul edəcək. Günə paytaxt derbisi ilə yekun vurulacaq. “Zirə” “Neftçi”ni sınağa çəkəcək.
Misli Premyer Liqası
XXII tur
10 fevral (bazar ertəsi)
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”
19:00. “Zirə” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu
1 | Qarabağ | 21 | 16 | 2 | 3 | 53-14 | 50 |
2 | Araz-Naxçıvan | 21 | 13 | 4 | 4 | 23-15 | 43 |
3 | Zirə | 21 | 12 | 3 | 6 | 34-19 | 39 |
4 | Turan Tovuz | 22 | 9 | 9 | 4 | 30-24 | 36 |
5 | Sabah | 22 | 7 | 10 | 5 | 32-29 | 31 |
6 | Sumqayıt | 22 | 6 | 4 | 12 | 15-29 | 22 |
7 | Neftçi | 21 | 4 | 9 | 8 | 19-30 | 21 |
8 | Şamaxı | 22 | 5 | 5 | 12 | 20-29 | 20 |
9 | Kəpəz | 21 | 5 | 2 | 14 | 20-46 | 17 |
10 | Səbail | 21 | 4 | 4 | 13 | 20-31 | 16 |
Bombardirlər: Cesse Sekidika, Coy-Lens Mikels (hər ikisi “Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov (“Zirə”) – 8.
Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.
İdman.biz