AZ

Dünya şokda: Netanyahu Trampla razılaşmanın detallarını açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın bütün dünyada kəskin tənqidlərə səbəb olan Qəzzada etnik təmizləmə planını "inqilabi" adlandırıb.

Publika.az xəbər verir ki, Netanyahu keçirdiyi birgə mətbuat konfransında Trampın bu fikrini “yaradıcı” kimi qiymətləndirib.

Bir neçə ay əvvəl xəyalına belə gətirə bilmədiyi imkanlara sahib olduqlarını iddia edən Netanyahu Trampın atdığı addımlardan çox təsirləndiyini iddia edib.

Baş nazir qeyd edib ki, Trampla HƏMAS-ın ləğvi, məhbusların geri qaytarılması, Qəzzanın artıq İsrail üçün təhlükə yaratmaması, şimalda və cənubda yaşayan israilli köçkünlərin geri qaytarılması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında razılığa gəliblər.

Seçilən
5
publika.az

1Mənbələr