AzVision.az xəbər verir ki, “İzvestiya” nəşrinə müsahibəsində Ermənistanla Qərb arasında sıx əməkdaşlığa toxunanRusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin rəsmi İrəvanın, Ermənistan dövlətinin, erməni cəmiyyətinin və erməni xalqının öz xarici siyasətini necə qurmaq və ölkəsini beynəlxalq aləmdə necə mövqe tutmaq barədə suveren qərarlar qəbul etdiklərini bildirib.
Bununla belə, o, Moskvanın İrəvan üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqına (Aİ) eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü açıq şəkildə çatdırıdğını xatırladıb.
“Biz həm açıq şəkildə, həm də erməni dostlarımızla dialoqda Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyünmümkün olmadığını demişik. Çünki bunlar gömrük standartları, texniki, sanitar və fitosanitar standartlar, məhsulların markalanması və sertifikatlaşdırılması, hətta daxili mülkiyyət məsələlərinə fərqli yanaşmaları olan iki uzlaşmayab tənzimləmə sistemidir”,- ruaiyalı məmur vurğulayıb.
Qaluzinin iddiasına görə, Aİ Ermənistandan siyasi loyallıq və anti-Rusiya sanksiyalarına əməl olunmasını tələb edir, eyni zamanda, bunun müqabilində İrəvana konkret heç nə vəd etmir.
- Bütün bunlar Ermənistanın Aİİ-yə üzvlüyünün ona bu birliklə ticarət dövriyyəsinin və Aİİ məkanından Ermənistana investisiyaların artması şəklində nəzərəçarpacaq və əhəmiyyətli dərəcədə uzunmüddətli fayda gətirməsi fonunda baş verir”, - Rusiya XİN-in rəhbərinin müavini qeyd edib.
O, bildirib ki, erməni siyasətçiləri bəzən Ermənistan cəmiyyətində Aİ-yə qoşulmaq lehinə fikirlər olduğunu deyirlər. Belə hisslərin mövcudluğunu inkar etməyən Mixail Qaluzin, öz ölkələrinin gələcəyini Avrasiya ailəsində və Avrasiya inteqrasiyası çərçivəsində təsəvvür edən Ermənistan vətəndaşlarının hissləri də eyni dərəcədə diqqətəlayiq olduğunu söyləyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta