Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfərə yollanıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Məlumata görə, 10-11 fevral tarixlərini əhatə edəcək səfər zamanı Paşinyan sini intellektə həsr olunmuş sammitdə iştirak edəcək.
Erməni baş nazirin Fransa Prezidenti Emmanuel Makronla görüşünün olacağı da bildirilib.