Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu 1-ci liqanın digər təmsilçisi "Çorum"la anlaşıb.
Bu barədə “Çorum Haber” nəşri məlumat yayıb. Onun yeni klubu ilə 1,5 illik müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, ötən yay "Bandırmaspor"a transfer olunan Coşqun bu komandanın heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.