AZ

Azərbaycanda zavodun 2 milyon manata yaxın vergi borcu var

?Peyk Zavodu? MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, ?Peyk Zavodu? MMC-nin vergi borcu 1 902 348.84 manatdır. Bu vergi borcu 09.02.2024-cü il tarixinə olan məlumatdır.

Çoxlaylı çap lövhələri istehsal edən PEYK zavodu 1993-cü ildə Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə tikilmişdir.

1993-2005-ci illər ərzində PEYK zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.

2006-cı ildən PEYK zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Seçilən
11
banker.az

1Mənbələr