AZ

“İllərlə AzTV-dəki çıxışlarım efirdən çıxarılıb” - Nisə Qasımova

“Sovet dövründə bir televiziya var idi – “Azərbaycan” televiziyası (AzTV). O zamanlar indiki kimi artan kanallar yox idi. Deyəsən ki, o olmasın bu olsun. O zaman gözləyirdik ki, iki gün əvvəl çəkilən konsert bu axşam nümayiş olunacaq. Anam televizor qarşısına keçib, oturub baxırdıq və gözləyirdik ki, həmkarım Yalçın Rzayevdən  sonra mənim oxumağımı göstərəcəklər. Oxudular, rəqs etdilər, konsert bitdi amma məni göstərmədilər”.

OLAY yazır ki, bu sözləri uzun zamandır efirlərdən kənar gəzən Xalq artist Nisə Qasımova qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətkar bildirib ki, illər əvvəl AzTV-dəki çıxışları müəyyən şəxslər tərəfində efirdən çıxarılıb:

“Anamla bir-birimizə baxa-baxa qaldıq. Çıxışımı konsert proqramından montaj edib çıxartmışdırlar. Nə olsun ki, o anamdır. Amma mən onun yanında pərt oldum, yalançı kimi çıxdım. Geyin, get, konsertə çəkil, çəkiliş olsun, sevinə-sevinə qayıt gəl və sonda belə oldu... Bəlkə də bu hadisənin özü qlobal görünməsə də amma bu kimi hadisələr illərlə davam etdi. Sadəcə anama görə məyus oldum, başqa heç nəyə görə deyil”.

Proqramın aparıcısı Afaq Gəncəlinin “Sizi niyə çox görürdülər? Bu səsinizdən, gözəlliyinizdən irəli gəlirdi? Sizə niyə manə olurdular?” sualına Qasımova belə cavab verib:

“Zamanında müğənni kimi çox tez qəbul olundum və sevildim. Mənə “alman kuklası” deyirdilər. Azərbaycanda ilk sarışın müğənni idim. İlk müğənni idim ki, həm estrada, həm də muğam oxuyurdum. Bu sənətə qolum, qabırğam kəsilə-kəsilə gəldim. Amma öz ayaqlarım üzərində dik dayandım. Mən bütün bu çətinliklərə alışdım”.

Seçilən
26
2
olay.az

3Mənbələr