AZ

Ardıcıl 4 zəlzələ oldu - İzmir və Aydında...

Egey dənizindəki Santorini adası ətrafında seysmik aktivlik fasiləsiz olaraq davam edir. 

News24.az xəbər verir ki, yanvarın 26-da başlayan zəlzələ fırtınası zamanı 9 mindən çox təkan qeydə alınıb. 

Ötən gecə saat 22.05 radələrində Egey dənizində 5,1 bal gücündə daha bir zəlzələ baş verib. 

Bu zəlzələdən sonra qısa müddət ərzində 4,5, 4,3 və 4,4 bal gücündə daha üç zəlzələ baş verib.

Onu da qeyd edək ki, 5,1 bal gücündə zəlzələ İzmir və Aydında da az hiss olunub.

Zəlzələni hiss edən sosial media istifadəçiləri öz hesablarında zəlzələ ilə bağlı paylaşımlar ediblər.


Günel Məlikzadə


Seçilən
8
news24.az

1Mənbələr