AZ

​Naxçıvan Energetika Xidmətinin 2 milyonluq tenderi ləğv edildi

Naxçıvan Dövlət Energetika Xidmətinin tenderi  ləğv edilib.

Valyuta.az xəbər verir ki, yeni qurulacaq 35/ 10 kV-luq Nəzərabad və 35/ 10 kV-luq Sədərək yarımstansiyaları üçün materialların satınalınması ilə bağlı keçirilən tenderin ləğv edilmə səbəbi satınalmanın maliyyələşdirilməsinin dayandırılması göstərilib.

Nəzərə çatdıraq ki, bu tender üzrə satınalma predmetinin  ehtimal olunan  qiyməti 2 milyon 766 min 469 manat müəyyən edilmişdi.

Sərvanə Rəmixanova

Seçilən
13
2
valyuta.az

3Mənbələr