AZ

Makron: ABŞ Aİ-yə tətbiq edilən tariflərdən ziyan görəcək...

Fransa prezidenti Emmanuel Makron ABŞ-ni Avropa Birliyi ölkələri ilə ticarət müharibəsinə başlamamaq barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, Fransa ptrzidenti bu barədə CNN telakanalına müsahibəsində danışıb.

Makronun sözlərinə görə, ABŞ-nin Avropa İttifaqından gələn mallara rüsum tətbiq etməsi Amerika iqtisadiyyatına ziyan vura bilər. Makron deyib ki, ABŞ prezidenti Donald Tramp Aİ iqtisadiyyatına zərər vurmaqdansa, diqqətini başqa məsələlərə yönəltməlidir.

“Əvvəla, Avropa İttifaqı sizin əsas probleminizdirmi? İlk probleminiz Çindir, ona görə də diqqətinizi buna yönəltməlisiniz. İkincisi, Avropa sizin müttəfiqinizdir və əgər siz Avropanın investisiya və müdafiə və təhlükəsizlik məsələlərinə daha çox cəlb olunmasını istəyirsinizsə, inkişafa ümid edirsinizsə, məncə, bu, ABŞ-ın maraqlarına uyğundursa, Avropa iqtisadiyyatını tariflərlə hədələməklə zərər görməməlisiniz”, deyə Fransa prezidenti bildirib.

Makron qeyd edib ki, Aİ-yə qarşı tariflərin tətbiqi ABŞ-da inflyasiyaya və qiymətlərin artmasına səbəb olacaq. O, Donald Trampı diqqətini Ukrayna və Yaxın Şərq münaqişələrinə, eləcə də Çinlə qarşıdurmaya yönəltməyə çağırıb.

Qeyd edək ki, fevralın 3-də ABŞ prezidenti Aİ-dən malların tədarükünə əlavə tariflərin tətbiqinə zəmanət verib. Trampın sözlərinə görə, ABŞ-nin Avropa ilə ticarət dövriyyəsindəki kəsiri 300-350 milyard dolları ötür.

Poliqon.info

Seçilən
1
1
poliqon.info

2Mənbələr