AZ

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə 1869-cu il, 10 fevralda (bəzi mənbələr 22 fevral göstərir) Naxçıvanda dünyaya gəlib.Missiya.Az xatırladır ki, C. Məmmədquluzadə ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi tanınır. Yazıçı həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Ona görə də dahi qələm ustadının əsərləri bu gün üçün də aktualdır.

Görkəmli dramaturq Qori seminariyasını bitirdikdən sonra (1887) bir müddət İrəvan quberniyasında müəllimlik edib. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realist ədəbiyyatının parlaq nümunələridir. 

Yazıçı öz yaradıcılığında intibah və maarifçilik məsələrinə də geniş yer verib. Cəlil Məmmədquluzadə baş redaktoru olduğu məhşur “Molla Nəsrəddin” jurnalı ilə Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərə bilib.Dramaturq 4 yanvar, 1932-ci ildə Bakıda vəfat edib.Onun Poçt qutusu (film, 1967), Quzu (film, 1967), Qəm pəncərəsi (film, 1986), Pirverdinin xoruzu (film, 1987), Qurbanəli bəy (film, 1989), O dünyadan salam (film, 1991), Lal (film, 1992) və s. kimi əsərlərinə film çəkilib.Zərintac MayisqızıMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr