Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu ələ keçirib.
C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
10Mənbələr
-
ictimairey.azSaatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb ( 15368913)
-
baki-xeber.comSaatlıda vətəndaşlara 30 min manat "atan" dələduz həbs olundu ( 15365933)
-
tribunainfo.azVətəndaşların 30 min manatını mənimsəmiş şəxs saxlanılıb ( 15365639)
-
missiya.azSaatlıda vətəndaşların 30 min manatını mənimsəmiş şəxs saxlanılıb ( 15364073)
-
interpress.azSaatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb ( 15363289)
-
operativmm.azSaatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb ( 15362985)
-
azpolitika.infoVətəndaşların 30 min manatını mənimsəmiş şəxs saxlanılıb ( 15362841)
-
veteninfo.azDİN bu şəxslə bağlı vətəndaşlara müraciət etdi – FOTO ( 15362807)
-
demokrat.azDİN bu şəxslə bağlı vətəndaşlara müraciət etdi — FOTO ( 15362781)
-
moderator.azDİN bu şəxslə bağlı vətəndaşlara müraciət etdi – FOTO ( 15362757)