AZ

Kosovoda keçirilən ümumi seçkilərin qalibi bəlli olub

Kosovoda keçirilən ümumi seçkilərin nəticələri bəlli olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kosovoda keçirilən ümumi seçkilərdə səslərin 73 faizinin hesablanması ilə hazırkı baş nazir Albin Kurtinin qalib gəldiyi elan edilib.

O, ümumi əhalinin təxminən 42 faizinin etimadını qazanıb. Partiyasının qərargahında jurnalistlərin suallarını cavablandıran Kurti bildirib ki, qalib gələn tərəf xalq və təmsil etdiyi "Vetevendosje" partiyasıdır: 

“Biz növbəti hökuməti formalaşdıracaq qalib formasiyayıq”.

Kurti daha sonra paytaxt Priştinanın mərkəzində seçiciləri ilə seçkilərdə qələbəsini qeyd edib. 

Əli Hüseynov

Seçilən
10
bakivaxti.az

1Mənbələr