1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev klubunu dəyişib.
Oxu.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi çıxış etdiyi Türkiyənin "Bandırmaspor" komandasından 1-ci liqanın digər təmsilçisi "Çorum" klubuna keçib.
Millimizin futbolçusunun yeni klubu ilə 1,5 ilik müqavilə imzaladığı bildirilir.
"Çorum" hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.
Qeyd edək ki, C.Diniyev bu mövsüm Türkiyə 1-ci liqasında 20 oyunda meydana çıxıb, 2 qolun ötürməsini edib.