“Mən dəfələrlə bəyan etmişəm ki, Ermənistan Respublikası 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş strateji razılaşmaya sadiqdir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.
O bildirib ki, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
“Yəni Ermənistan Respublikası Azərbaycan SSR-in ərazisi daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan Respublikası isə Ermənistan SSR-in ərazisi daxilində Ermənistan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az