AZ

Tramp: Putinlə münasib vaxtda görüşəcəm...

Amerika prezidenti Donald Tramp münasib vaxtda Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüşün mümkünlüyünə inanır və gələcəkdə onunla telefon danışıqlarına da ümid edir...

Poliqon xəbər verir ki, Tramp bunu bazar günü Luizianaya gedərkən təyyarəsində jurnalistlərə deyib.

“Düşünürəm ki, mən Putinlə lazımi vaxtda görüşəcəm”, deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən əvvəl və ya sonra Putinlə telefon danışığı olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Biz bunu dayandırmalıyıq. Tezliklə buna son qoymalıyıq”.

Ancaq çoxlarının Putinlə müntəzəm olaraq telefonla danışdığı təəssüratına necə münasibət bəsləyəcəyini soruşduqda, Tramp belə cavab verdi: “Onlar belə düşünə bilərlər. Bu məntiqlidir. Mən bu haqda danışmaq istəmirəm. Əgər söhbət etsək, söhbətləri sizə çox erkən danışmaq istəmirəm. Amma düşünürəm ki, biz irəliləyiş əldə edirik”.

Poliqon.info

Seçilən
33
1
poliqon.info

10Mənbələr