AZ

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada fəxri kürsüyə qalxıblar

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində fəxri kürsüyə qalxıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə bürünc medala layiq görülüblər.

Onlar yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılıblar.

Seçilən
11
1
azertag.az

2Mənbələr