Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib.
Avtosfer.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı avtomobillə toqquşub.
Nəticədə sürücü M.Bayramov ölüb, "VAZ 2107" markalı avtomobildə olan sərnişinlər - 2001-ci il təvəllüdlü Babayev Uğur Ceyhun oğlu, 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu, 2001-ci il təvəllüdlü Allahyarov Məftun Natiq oğlu, "Mitsubishi L200" markalı avtomobilin sərnişini 1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfayıl qızı müxtəlif dərəcəli xəsarətləri alıblar.
(tns)