AZ

"Neftçi"dən "Qarabağ"a "transfer zərbəsi": İki oyunçunu birdən əlindən aldı

Klublar qış transfer pəncərələrindəki fəaliyyətlərini başa vurmamış “Neftçi” yayın hazırlıqlarına başlayıb. Cari mövsümdə uğur qazanmaq üçün ümidini ölkə kubokuna bağlayan “ağ-qaralar” artıq yeni futbol ili ilə bağlı planlar qurur.

Publika.az-ın əldə etdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlə bağlanan sponsor anlaşması ilə maliyyə dayaqlarını 10 milyon manatdan çox gücləndirən paytaxt klubu yay transfer pəncərəsi ilə bağlı indidən hərəkətə keçib. Belə ki, “Neftçi” rəhbərliyi 2 futbolçu ilə anlaşıb. Söhbət boliviyalı Boris Kespedes və əlcəzairli Məhəmməd Belkheyrdən gedir.

Foto: Məhəmməd Belkheyr

Əslində bakılılar qış transfer pəncərəsində onları transfer etmək istəyib. “Ağ-qaralar”la yanaşı “Qarabağ” da hər iki futbolçunun xidmətində maraqlı olub. Lakin onların klubları müqavilələrinin sonuna 6 ay qalmasına rəğmən Azərbaycan təmsilçilərindən yüksək məbləğ tələb ediblər. Buna görə də transferlər reallaşmayıb.

Foto: Boris Kespedes

Ağdam klubu hər iki futbolçunun yayda azad agent olmasını gözləməyə qərar versə də, “Neftçi” dinc dayanmayıb. Həm Kespedesin, həm də Belkheyrin müqavilələrinin sonuna 6 aydan az vaxt qaldığından paytaxt təmsilçisinin nümayəndələri futbolçuların menecerləri ilə birbaşa danışıqlar aparıb və razılıq əldə olunub. Hər iki futbolçu iyulda “Neftçi”nın sıralarına qoşulacaq.

Seçilən
19
50
publika.az

10Mənbələr