AZ

Muzeydə yıxılan qadın XVI əsrə aid əsəri cırıb

Qadın yıxılaraq muzeyə minlərlə avro dəyərində zərər vurub.

“Cebheinfo.az” xəbər verir ki, hadisə İtaliyada “Santa Giulia” Muzeyində yaşanıb.

Belə ki, muzeyin bağlanmasına bir neçə dəqiqə qalmış bir qadın ziyarətçi yıxılaraq 16-cı əsrdə rəssam Morettonun "Stendardo dei Disciplini" tablosunu cırıb.

Muzeyin yaydığı məlumata görə, rəsm bərpa olunacaq, zərər isə bir neçə min avro dəyərində qiymətləndirilir. Məlumatda? həmçinin qeyd olunub ki, bütün bərpa xərcləri sığorta tərəfindən qarşılanacaq.

Seçilən
15
cebheinfo.az

1Mənbələr