AZ

Ronaldonun "Əl-Nəsr"dəkı gələcəyinə qəti aydınlıq gəldi

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Arriyadiyah" məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilənin şərtləri olduğu kimi qalacaq. Ronaldo illik 200 milyon avro maaş almağa davam edəcək.

Qeyd edək ki, 40 yaşlı ulduz 2022/23 mövsümündən etibarən Ər-Riyad komandasında çıxış edir. O, bu mövsüm klubun heyətində bütün turnirlərdə 26 matçda 24 qol vurub.

Seçilən
5
publika.az

1Mənbələr