AZ

Pul qazanmağı öz həyatından üstün tutan moto kuryer ölümlə üz-üzə qaldı - VİDEO

Bakıda moto kuryer yol hərəkəti qaydasını kobud şəkildə pozaraq özünü ölümə atıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 8-də, paytaxtın Heydər Əliyev prospektinin girişində baş verib. Belə ki, sağ zolaqla hərəkət edən kuryer anidən fikrini dəyişərək sola dönməyə qərar verir. Qayda pozmağı azmış kimi, üstəlik arxadan gələn avtomobillərə baxmadan qəfil manevr edib. Bu zaman sol zolaqla hərəkət edən sürücünün qarşısına çıxaraq ona qəza şəraiti, özünə isə ölüm təhlükəsi yaradıb. O, son anda tormoz verərək qəzadan yayına bilib. Lakin etdiyi hərəkətdən dərs çıxarmayaraq qayda pozmağa davam edib.

 

Fərid

Seçilən
13
avtosfer.az

1Mənbələr